Mourinyo "Real"ın futbolçusunu istəyir

Mourinyo "Real"ın futbolçusunu istəyir
XƏBƏR 29 Oktyabr 2013 / 19:00 4741
-  A +

"Çelsi" klubunun baş məşqçisi Joze Mourinyo növbəti transfer hədəfini açıqlayıb.

Qol.Az-ın "Marca" qəzetinə istinadən verdiyi məlumata görə, portuqaliyalı mütəxəssis sabiq futbolçusu Madrid "Real"ının yarımmüdafiəçisi Xabi Alonsonu transfer etmək istəyir.

London təmsilçisinin qışda ispaniyalı futbolçuya rəsmi təklif göndərəcəyi bildirilir. 31 yaşlı futbolçunun yenidən Mourinyo ilə birgə çalışmaq istədiyi iddia olunur. Lakin "Real"ın Alonsonun transferi üçün yüksək məbləğ istəyəcəyi gözlənilir.

Qeyd edək ki, Xabi Alonso "Real"da Mourinyonun rəhbərliyi altında İspaniya çempionluğu, ölkə kuboku və superkubokunu qazanıb.

Daha çox


Son xəbərlər
topaz banner