Zidan: "Qızıl top" mükafatına Ronaldo və Riberi layiqdirlər"

Zidan: "Qızıl top" mükafatına Ronaldo və Riberi layiqdirlər"
XƏBƏR 29 Oktyabr 2013 / 16:39 2087
-  A +

"Real" (Madrid) klubunun məşqçisi Zinəddin Zidan "Qızıl top" mükafatına namizəd gördüyü futbolçuların adlarını açıqlayıb.

Qol.Az-ın məlumatına görə, Zidan Kriştiano Ronaldo və ya Frənk Riberinin bu mükafatı qazanacağına inandığını bildirib:

"Bu mükafata layiq futbolçular çox deyil. Ancaq Ronaldo və Riberini bu mükafata layiq görürəm və onlardan birinin bunu qazanacağına inanıram. Təəssüf ki, "Qızıl top" mükafatı bir dənədir. Əgər iki dənə olsaydı, hərəsinə birini verərdilər. Ümid edirəm ki, bu mükafatı ən layiqli futbolçu qazanacaq".

Qeyd edək ki, builki "Qızıl top" mükafatına 23 namizəd futbolçu var.


Son xəbərlər