Fergüssondan Moyesə dəstək

Fergüssondan Moyesə dəstək
XƏBƏR 29 Oktyabr 2013 / 14:55 1629
-  A +

Aleks Fergüsson keçmiş klubu olan "Mançester Yunayted"in baş məşçqisi David Moyese dəstək çıxıb.

Qol.Az-ın məlumatına görə, o, Britaniya mətbuatına açıqlamasında Moyesə və futbolçulara güvəndiyini deyib. Fergüsson bildirib ki, "qırmızı şeytanlar" mövsümə pis başlasalar da, sonda çempion olacaq gücə sahibdirlər:

"Mənim klubu çalışdırdığım vaxtlarda da Liqaya pis başladığımız vaxtlar olub. Ancaq biz geridən gələrək çempion ola biləcək yeganə komandayıq. Bu səbəbdən bu mövsüm "MY"nın Liqanı qazanacağını düşünürəm".

Qeyd edək ki, hazırda "MY" 14 xalla turnir cədvəlində 8-ci pillədədir.


Son xəbərlər