"Barselona"nın baş məşqçisi Xerardo Martino La Liqada "Real"ı (Madrid) məğlub (2:1) etdikləri oyun haqda danışıb.
Qol.Az-ın İspaniya mətbuatına istinadən verdiyi məlumata görə,o, bu qarşılaşmada qələbə qazanmağa layiq olduqlarını deyib: "El Klassiko"da ilk hissədə daha yaxşı oynayan biz idik. İkinci hissənin ilk 25 dəqiqəsində "Real" üstün idi".
Madrid klubu bu görüşdə bir çox penalti epizodlarının olduğunu və hakimin qərarları Kataloniya klubunun xeyirinə verdiyi bildirib.
Bu barədə də danışan X.Martino qarşılaşma zamanı hakimin bir çox səhv qərarlar verdiyini etiraf edib: "Bəli, “Real”ın penaltisi verilməli idi. Ancaq daha bu matç geridə qaldı. Rəqibin oyunçularına cavab vermək düzgün deyil. Bir hakimi asanlıqla tənqid etmək olmaz. Çünki hər kəs səhv edə bilər”.
Qeyd edək ki, sözügedən matçda ilk hissədə "Barsa"nın futbolçusu Adriano əli ilə oynamış, ikinci hissədə isə Ronaldoya qarşı kobudluq olmuşdu. Ancaq hər iki epizodda hakim oyununu davam etdirilməsi ilə bağlı qərar vermişdi.
3 aydır qol vura bilməyən futbolçu azarkeşlə dalaşdı - Video
Bu stadion hərraca çıxarılır
Avropada uduzmayan yeganə komanda oldular
Paris klubu üçün antirekord
La Liqada yeni ofsayd sistemi tətbiq olunacaq
Sabirin het-triki, “Qaradağ Lökbatan”ın qələbəsi - Video
Çempionat matçı ləğv edildi
"Atletiko"nun futbolçuları zədələndi
Rumıniya millisinin yeni baş məşqçisi bəlli oldu
“Qaradağ Lökbatan” və “Araz Saatlı”dan böyükhesablı qələbə
Klub çempionluq şansını itirdi, baş məşqçi istefa verdi
Həm ötürmələri, həm qolları ilə rekorda imza atdı
Levandovski daha bir mövsüm "Barselona"da qala bilər