Jeep® Grand Cherokee SRT İlin SUV-si oldu

Jeep® Grand Cherokee SRT İlin SUV-si oldu
XƏBƏR 29 Oktyabr 2013 / 11:18 1784
-  A +

Məşhur Esquire jurnalı Jeep® Grand Cherokee SRT modelini “İlin idman tipli avtomobili (SUV-si)” adına layiq görüb. Esquire jurnalının hər il təqdim etdiyi bu nominasiyaya tam yeni, dəbli, yüksək dəyərə malik və ən əsası, hər kəsin sürmək istədiyi avtomobillər yer alır. Məsələn, ötən il – 2012-ci ildə bu ad Range Rover Evoque avtomobilinə verilmişdir.

Nominasiyaya təqdim olunmuş avtomobilləri Esquire redaktorları da test-drayv edib, bu barədə rəylərini jurnalın noyabr nömrəsində yerləşdiriblər. Jurnal oxucularının xüsusi etimad bəslədikləri müəlliflərin bu avtomobillər haqda rəyləri maraq doğurur. Esquire jurnalının baş redaktoru Devid Qrancer SRT mühərrikini indinin ən yumşaq səsə, ağılasığan qiymətə malik mühərriki adlandırıb.

2014-cü ilin Jeep Grand Cherokee SRT-si təsiredici perfomansı, əzələli və dəbli lüks eksteryer dizaynı ilə ilin avtomobillərindən xeyli irəli gedib.
Qeyd edək ki, Jeep Grand Cherokee avtomobillərini Azərbaycanda Auto Azərbaycan şirkəti Chrysler Mərkəzdə rəsmi olaraq təqdim edir.
 
 






Səhifənin yuxarısına keçidYuxarı


Son xəbərlər
05.05.24  13:19

Messidən MLS rekordu