Qalmaqallı qolla bağlı qərar verildi

Qalmaqallı qolla bağlı qərar verildi
XƏBƏR 28 Oktyabr 2013 / 18:25 3038
-  A +

Bundesliqa təmsilçilərindən olan "Hoffenhaym"ın Almaniya Futbol İttifaqına (AFİ) etdiyi müraciət cavablandırılıb.

Qol.Az-ın məlumatına görə, "Hoffenhaym" - "Bayer" matçında qonaq komandanın futbolçusu Ştefan Kisslinqin başla vurduğu zərbədən sonra top qapının kənar torundan içəriyə daxil olmuşdu.

Oyunun baş hakiminin bunu qol sayması nəticəsində "Bayer" 2:1 hesablı qələbə qazanmışdı.

Qarşılaşmadan sonra isə meydan sahibləri AFİ-yə qarşılaşmanın yenidən oynanılması ilə bağlı müraciət etmişdi. Ancaq qurum klubun təklifi rədd edib.


 

Daha çox


Son xəbərlər
topaz banner