“Beşiktaş”a virus düşdü

“Beşiktaş”a virus düşdü
XƏBƏR 28 Oktyabr 2013 / 12:41 2097
-  A +

Son oyunlarda xal itkiləri ilə diqqət çəkən "Beşiktaş"ın uğursuz çıxışının səbəbi məlum olub.

Qol.Az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, "qara qartallar"ın futbolçularının "Korona virusu"na yoluxduğu və qrip olduğu ortaya çıxıb.

Çox təhlükəli qrip növlərindən biri olan bu xəstəliyə yoluxan oyunçuların bir qismi sağalsa da, bəziləri hələ də yataqdan qalxa bilmir.

Almeyda, Eskude, Gökhan Töre və Ömər Şişmanğlu kimi oyunçularının da xəstələnməsinin ardından isə klub rəhbərliyi dövlət xəstəxanalarından bu virusa qarşı tədbirlər görülməsini istəyib.

Qeyd edək ki, bu qripə əsasən Səudiyyə Ərəbistanında rast gəlinir.


Son xəbərlər
topaz banner