"Mançester Yunayted"dən "Qalatasaray"ın futbolçusuna 13 milyon avro

"Mançester Yunayted"dən "Qalatasaray"ın futbolçusuna 13 milyon avro
XƏBƏR 27 Oktyabr 2013 / 15:55 4058
-  A +

"Mançester Yunayted" klubu "Qalatasaray"ın ulduz futbolçusu Uesli Sneyderi heyətinə qatmaq istəyir.

Qol.Az-ın məlumatına görə, klub yaxın günlərdə hollandiyalı futbolçuya 13 milyon avro təklif etmək niyyətindədir. Bu barədə İngiltərənin "Daily Express" qəzeti xəbər yayıb. "Çelsi" klubu da 25 yaşlı yarımmüdafiəçini transfer etmək istəyir.

Qeyd edək ki, Sneyderlə "Qalatasaray"ın müqaviləsində futbolçunun 15 milyon avro qarşılığında sərbəst transfer oluna biləcəyi haqda maddə var. Buna görə də İstanbul klubunun bu təklifi qəbul edəcəyi bildirilir.

Son xəbərlər