Busgets: "Real" həmişə bəhanə tapır"

Busgets: "Real" həmişə bəhanə tapır"
XƏBƏR 27 Oktyabr 2013 / 13:07 3449
-  A +

İspaniya La Liqasında dünən keçirilən "Barselona" - "Real" (Madrid) oyunundan (2:1) sonra qonaq komandanın futbolçuları hakim idarəçiliyindən narazı qaldıqlarını bilidirblər.

Qol.Az-ın məlumatına görə, madridlilər ilk hissədə "Barselona"nın futbolçusu Adrianonun əl ilə oynadığını və hakimin buna göz yumduğunu iddia edir. Bundan əlavə "Real" tərəfi Ronaldoya qarşı cərimə meydançasında edilən kobudluğa görə penalti verilməli olduğunu bildirib.

"Barselona"nın yarımmüdafiəçisi Serxio Busgets "Real"ın futbolçularının bu iddialarına münasibət bildirib. Qeyd edib ki, heç bir hakim səhvindən söhbət gedə bilməz: "Real"ın futbolçuları yenə hakimdən narazıdır? Həmişə bir bəhanələri var. Əslində nə bu gün nə də əvvəlki oyunlarda şikayət etmələri üçün bir səbəb yoxdur. Ən asanı hakim haqda danışmaqdır, onlar da bunu edirlər. Ancaq qalib gəlməyimizin səbəbi hakimlik deyil. Xüsusilə bu mövsüm hakim haqda danışmasalar yaxşı olar".

Busgetsin bu açıqlamasına qarşı tərəfin necə cavab verəcəyi maraq doğurur. 

Son xəbərlər