Didye Droqba "Qalatasaray"da qalacaq

Didye Droqba "Qalatasaray"da qalacaq
XƏBƏR 27 Oktyabr 2013 / 01:25 2768
-  A +

“Qalatasaray” futbol komandasının ulduz futbolçusu Didye Droqba növbəti mövsüm də böyük ehtimalla bu komandanın uğurları üçün çalışacaq. 

“Qalatasaray” prezidenti Ünal Aysal klubun telekanalına müsahibəsində Fil Dişi Sahilindən olan futbolçuya yeni müqavilə təklif etməyə hazırlaşdıqlarını söyləyib.

O bildirib ki, 36 yaşlı ulduz karyerasına davam etmək istəyir. Didye Droqbanın da cavabı gecikməyib. O qeyd edib ki, Ünal Aysalın açıqlamasını sevinclə qarşılayıb və rəhbərliyin təklifini qəbul etməyə hazırdır.
 
Qeyd edək ki, bu ilin yanvar ayında “Qalatasaray”a transfer olan D. Droqbanın müqaviləsi 1,5 illik idi və bu mövsümün sonunda bitəcək (Lent.az).  

Son xəbərlər