Platini: "Qapı xətti texnologiyasına qarşıyam"

Platini: "Qapı xətti texnologiyasına qarşıyam"
XƏBƏR 26 Oktyabr 2013 / 15:04 2051
-  A +

UEFA prezidenti Mişel Platini yenidən qapı xətti texnologiyasına qarşı olduğunu söyləyib.

Qol.Az-ın "Sporx.com"a istinadən verdiyi məlumata görə, Platini qolun yalnız hakim tərəfindən qeydə alınmalı olduğunu deyib:

"Qol, hakim qərar verərsə, qol olar. Bir qol ofsayddan vurulsa belə, hakimin qərarı keçərli olar".

Platini Almaniya Bundesliqasında "Hoffenhaym" - "Bayer" matçında topun qapının kənar torundan qapıya girməsini misal göstərərək bildirib ki, bu texnologiya həmin qarşılaşmada tətbiq olunsaydı, topun xətti keçdiyini göstərəcəkdi: "Bir sözlə, bu texnologiyaya qarşıyam".

Qeyd edək ki, Platinin əksinə olaraq isə FİFA Bundesliqada bu texnologiyadan istifadə etməyi tövsiyə etmişdi.


Son xəbərlər
25.07.26  13:24

PSJ-dən "Atletiko"ya

topaz banner