Venger: "Fergüsson baş məşqçiliyə geri dönəcək"

Venger: "Fergüsson baş məşqçiliyə geri dönəcək"
XƏBƏR 26 Oktyabr 2013 / 13:19 2726
-  A +

"Arsenal"ın çalışdırıcısı Arsen Venger ötən mövsüm baş məşqçi kareyasını başa vuran Ser Aleks Fergüsson haqda danışıb.

Qol.Az-ın Britaniya mətbuatına istinadən verdiyi məlumata görə, o, şotlandiyalı mütəxəssisin yenidən futbola qayıdacağına inandığını deyib:
 
"Fergüsson məncə, baş məşqçiliyə geri dönəcək. Bir dərmanı 30 il qəbul edirsiniz, sonra bir anda istifadə etməkdən imtina edirsiniz. Ancaq ondan heç vaxt birdəfəlik qurtula bilməzsiniz. Bu səbəbdən Fergüsson yenidən futbola qayıtsa, təəccüblənmərəm".

Venger bildirib ki, təcrübəli mütəxəssis yenidən ya "Mançester Yunayted"i, ya da İngiltərə millisini çalışdıra bilər.

Daha çox


Son xəbərlər
topaz banner