"Mançester Yunayted"in Sneyder israrı davam edir

"Mançester Yunayted"in Sneyder israrı davam edir
XƏBƏR 26 Oktyabr 2013 / 12:26 2394
-  A +

İngiltərənin "Mançester Yunayted" klubu "Qalatasaray"ın yarımmüdafiəçisi Uesli Sneyderi transfer etməkdə israrlıdır.

Qol.Az-ın məlumatına görə, Mançester təmsilçisi hollandiyalı futbolçunu qış transfer pəncərəsi dönəmində heyətinə qatmağı planlaşdırır.

"Mançester Yunayted" klubu Sneyder üçün 14 milyon avro ödəməyə hazırdır. "Qalatasaray" bu təklifi qəbul edəcəyi təqdirdə Sneyder yanvar ayından etibarən İngiltərə Premyer Liqasında çıxış edəcək.

Qeyd edək ki, Sneyderlə İngiltərənin "Çelsi" klubu da yaxından maraqlanır.

 

Daha çox


Son xəbərlər
topaz banner