"Real" Bill Qeytslə danışıqlara başladı

"Real" Bill Qeytslə danışıqlara başladı
XƏBƏR 26 Oktyabr 2013 / 12:04 3225
-  A +

Dünyanın ən çox qazanan klubu olan "Real" (Madrid) klubu ev oyunlarını keçirdiyi "Santyaqo Bernabeu" stadionunu yeniləmək üçün sponspor olaraq "Microsoft" şirkətinin sahibi Bill Qeytslə danışıqlara başlayıb.

Qol.Az-ın xəbərinə görə, bu barədə İspaniyanın "El Mundo Deportivo" qəzeti məlumat yayıb.

Qəzet bu danışıqların nəticəsinin 2014-cü ilin ortalarında məlum olacağını iddia edib. Əgər hər iki tərəf arasında razılıq əldə olunarsa, stadion "Microsoft Santyaqo Bernabeu" adlandırılacaq.

Qeyd edək ki, Madrid klubu stadionu yeniləmək üçün 400 milyon avroluq büdcənin lazım olduğunu açıqlamışdı.

Daha çox


Son xəbərlər
topaz banner