Qvardiola: "Qrupdan "Qalatasaray" deyil, "Yuventus" çıxacaq"

Qvardiola: "Qrupdan "Qalatasaray" deyil, "Yuventus" çıxacaq"
XƏBƏR 26 Oktyabr 2013 / 10:56 3201
-  A +

"Bavariya"nın baş məşqçisi Pep Qvariola maraqlı açıqlamaları ilə yadda qalıb.

Qol.Az-ın Almaniya mətbuatına istinadən verdiyi məlumata görə, "Yuventus"un Çempionlar Liqasının qrup mərhələsindəki şanslarını dəyərləndirən ispan mütəxəssis "Qalatasaray"ın deyil, İtaliya klubunun qrup ikincisi olacağını deyib: "Çətin vəziyyətdə olsalar belə, "Yuventus" dəyərli və böyük klubdur. Onlar üç matçı da qazanıb, qrupdan çıxa bilərlər".

"Bavariya"nı "Barselona"ya bənzətdiyi ilə bağlı yayılan iddiaları da cavablandıran Qvardiola belə bir niyyətinin olmadığını deyib. Baş məşqçinin fikrincə, hər iki klub bir-birindən çox fərqlidir: "Bavariya" çox kubok qazanıb. Bu səbəbdən başqaları onu təqlid etmək istəyər. "Münhen təmsilçisi düşündüyümdən də böyük klubdur".

Daha çox


Son xəbərlər
topaz banner