Ançelotti: "Barselona" favoritdirsə..."

Ançelotti: "Barselona" favoritdirsə..."
XƏBƏR 26 Oktyabr 2013 / 10:32 2831
-  A +

"Yaxşı futbol oynamaq üçün cəsarətli olmalıyıq. Sadəcə müdafiə olunub gözləməməliyik. "Barselona"ya qarşı topa sahib olmaq çətin olduğu üçün ən böyük silahımız sürətli hücum təşkil etmək olacaq. Oyunçularıma güvənirəm. Çünki sonuncu dəfə "Nou Kamp"da yaxşı oyun nümayiş etdirmişdilər. Ora futbol oynamağa gedəcəyik. Əlimizdən gələnin ən yaxşısını edib səviyyəmizi göstərəcəyik".

Qol.Az-ın İspaniya mətbuatına istinadən verdiyi məlumata görə, bu sözləri "Real"ın baş məşqçisi Karlo Ançelotti La Liqada "Barselona" ilə oyunöncəsi keçirilən mətbuat konfransında deyib.

O, bu qarşılaşmanın favoritinin hansı komanda olduğunu bilmədiyini vurğulayıb: "Bundan əvvəlki oyun çox yaxşı təsir bağışlamışdıq. Favorit kimdirdir bilmirəm. Ancaq hesab edirəm ki, bir çox insan "Barsa"nın qazanacağını düşünür.  Bu da bizim üçün pis deyil".

Daha çox


Son xəbərlər
topaz banner