Şahin Diniyev "Bakı" ilə oyundan danışdı

Şahin Diniyev "Bakı" ilə oyundan danışdı
XƏBƏR 25 Oktyabr 2013 / 21:23 2542
-  A +

“Bugünki oyunda göstərdikləri əzmkar oyuna görə futbolçularıma öz təşəkkürümü bildirirəm. Keçən oyunda oyunçularım 45 dəqiqə fiziki cəhətdən hazır idilər. Bu oyunda 60-70 dəqiqə gözləyirdim, elə də oldu. Qalan dəqiqələr isə futbolçuların əzmkarlığından asılı oldu. Ona görə də onlara minnətdaram".

Qol.Az-ın PFL-in saytına istinadən verdiyi məlumata görə, bu sözləri "Rəvan"ın baş məşqçisi Şahin Diniyev Topaz Premyer Liqanın 11-ci turunda "Bakı" ilə oyundan (0:0) sonra deyib.

"Heyətimizdə alternativin olmaması əvəzetmələrdə çətinlik yaradırdı. Buna baxmayaraq, oyunçular öz əzmkarlığını göstərdilər” -deyə təcrübəli mütəxəssis bildirib.

Daha çox


Son xəbərlər
topaz banner