Qvardiola: “Barselona”nın oyunundan məmnun deyiləm”

Qvardiola: “Barselona”nın oyunundan məmnun deyiləm”
XƏBƏR 25 Oktyabr 2013 / 15:19 2267
-  A +

"Bavariya"nın baş məşqçisi Pep Qvardiola keçmiş komandası "Barselona"nın La Liqada "Real"la oynayacağı matçdakı şanslarını dəyərləndirib.

Qol.Az-ın "Marca"ya istinadən verdiyi məlumata görə, ispan mütəxəssis Kataloniya klubunun qələbə qazanacağına ümid etdiyini deyib:
 
"Barsa" "El Klassiko"da nə istədiyini çox yaxşı bilir. Ümid edirəm ki, onlar qalib gələcəklər. Bu qarşılaşma hər iki tərəf üçün çətin olacaq".

"Barsa"nın hazırkı çıxışını da qiymətləndirən Qvardiola komandanın oyunundan məmnun qalmadığını deyib: "Bu səbəbdən "Real"la matçda daha yaxşı oynamalıdırlar. Hazırkı çıxışları "Nou Kamp"da istədiklərini etmək üçün yetərli deyil".


Son xəbərlər
topaz banner