Kasilyas "İnter" və "Barselona"nın hədəfində

Kasilyas "İnter" və "Barselona"nın hədəfində
XƏBƏR 25 Oktyabr 2013 / 13:35 2175
-  A +

Daha öncə verdiyi açıqlamasında Madrid "Real"ından ayrıla biləcəyini deyən İker Kasilyas Avropa klublarının maraq dairəsinə düşüb.

Qol.Az-ın məlumatına görə, İtaliya nəhəngi "İnter" klubu ispan qolkiperi transfer etməyi planlaşdırır. 

"Real"ın əsas heyətindən kənarda qalan Kasilyasla "Barselona"nın da maraqlandığı bildirilir. Hər iki klubun qış transfer pəncərəsi dönəmində 32 yaşlı qapıçı ilə danışıqlara başlayacağı gözlənilir.

Qeyd edək ki, 1999-cu ildən "Real"ın əsas komandasında çıxış edən Kasilyas bu komandanın heyətində 476 oyun keçirib.

Daha çox


Son xəbərlər