UEFA rus azarkeşlərlə bağlı araşdırmaya başladı

UEFA rus azarkeşlərlə bağlı araşdırmaya başladı
XƏBƏR 25 Oktyabr 2013 / 12:35 1715
-  A +

UEFA Çempionlar Liqasının CSKA - "Mançester Siti" qarşılaşmasında meydan sahiblərinin irqçi davranışları səbəbindən araşdırmalara başlayıb.

Qol.Az-ın məlumatına görə, sözügedən matçda qonaq komandanın futbolçusu Yaya Tureyə irqçi şüarlar səsləndirildiyi bildirilmişdi. Ancaq Moskva təmsilçisi rəsmi saytında videoları diqqətlə izlədiklərini, irqçi davranışlara rast gəlinmədiyini açıqlamışdı.

Bu barədə UEFA araşdırmalar apardıqdan sonra qərarını oktabrın 30-u verəcək.

Qeyd edək ki, "Mançester Siti"nin futbolçusu Yaya Ture açıqlamasında ona qarşı irqçi şüarlar səsləndirildiyini bildirib.


Son xəbərlər