Neymardan ilk "El Klassiko" açıqlaması

Neymardan ilk "El Klassiko" açıqlaması
XƏBƏR 25 Oktyabr 2013 / 03:27 2892
-  A +

Həftə sonu əzəli rəqibləri "Real" (Madrid) klubu ilə qarşılaşacaq "Barselona"nın futbolçusu Neymar "El Klassiko" haqda fikirlərini bölüşüb.

Qol.Az-ın məlumatına görə, karyerasında ilk "El Klassiko"suna çıxacaq Neymar bu matçı heç vaxt unutmayacağını bildirib:

"Derbilər bütün futbolçular üçün önəmlidir. Hər kəs bu oyunlarda meydanda olmaq istəyər və əlindən gələnin ən yaxşısı edər. Bu, mənim ilk "El Klassiko"m olacaq və bu derbini heç vaxt unutmayacam".

Qeyd edək ki, "Barselona" - "Real" (Madrid) matçı oktyabrın 26-da, Bakı vaxtı ilə 21:00-da başlayacaq.


Son xəbərlər