Almaniya "Avro-2024"ün ev sahibliyə rəsmən namizəd oldu

Almaniya "Avro-2024"ün ev sahibliyə rəsmən namizəd oldu
XƏBƏR 25 Oktyabr 2013 / 00:57 1839
-  A +

Almaniya "Avro-2024"ə ev sahibliyi üçün namizədliyini rəsmən elan edib.

Qol.Az-ın məlumatına görə, bu barədə Almaniya Futbol Federasiyasının (AFF) prezidenti Volfqanq Niersbax açıqlama verib.

AFF prezidenti Almaniyanın "Avro-2024"ə ev sahibliyi etmək üçün gözəl imkanlara malik olduğunu bildirib: "Sonuncu dəfə 1988-ci ildə Avropa çempionatına ev sahibliyi etdik. Keçmişdə təşkil etdiyimiz böyük turnirlərlə FİFA və UEFA-nın etimadını doğrultmuşuq və bu səbəbdən "Avro-2024"yə ev sahibliyi etmək üçün yaxşı şansımız var".

Qeyd edək ki, UEFA-nın "Avro-2024"ə ev sahibliyi edəcək ölkənin adını 2017-ci ildən öncə açıqlayacağı gözlənilir.


Son xəbərlər
05.05.24  13:19

Messidən MLS rekordu

04.05.24  17:51

"Arsenal"dan qələbə