"Rəvan" "Bakı" ilə oyunun hazırlığını başa vurdu

"Rəvan" "Bakı" ilə oyunun hazırlığını başa vurdu
XƏBƏR 24 Oktyabr 2013 / 18:48 1302
-  A +

Topaz Premyer Liqasının 11-ci turu çərçivəsində "Rəvan” klubu evdə "Bakı” komandasını qəbul edəcək.

Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, komanda artıq bu oyuna hazırlığı başa vurub.

Axşam saatlarında "Bayıl Arena”da keçirilən məşq bu mənada sonuncu olub. Baş məşqçi Şahin Diniyevin rəhbərliyi altında keçirilən hazırlıq ənənəvi olaraq yüngül xarakterli olub. İsinmə hərəkətlərindən sonra futbolçular müxtəlif taktiki və texniki gedişlər üzərində çalışıb. Zədəsini sağaltmaq üzrə olan Elvin Həsənəliyev və yüngül zədəsi olan Sohib Savankulov fərdi proqramda məşq edib.

Qeyd edək ki, "Rəvan” – "Bakı” oyunu sabah saat 18:00-da, "Bayıl Arena” stadionunda keçiriləcək.

 


Son xəbərlər
05.05.24  13:19

Messidən MLS rekordu