"Qalatasaray"a bəd xəbər

"Qalatasaray"a bəd xəbər
XƏBƏR 24 Oktyabr 2013 / 18:35 4627
-  A +

Belindəki ağrılar səbəbindən uzun müddətdir oynaya bilməyən "Qalatasaray"ın futbolçusu Həmid Altıntop əməliyyat olunacaq.

Qol.Az-ın məlumatına görə, futbolçunun Almaniyadakı həkimləri Altıntopun yenidən əməliyyat olunmasının vacibliyini qeyd ediblər.

Belə olan təqdirdə Türkiyə millisinin futbolçusu ən azı 5 ay yaşıl meydanlardan kənarda qalacaq. Altıntopun gələn ilin fevral ayında məşqlərə başlaya biləcəyi bildirilir.

Qeyd edək ki, 30 yaşlı futbolçu sonuncu dəfə avqust ayının 25-də "Bursaspor"la görüşdə forma geyinmişdi.


Son xəbərlər
05.05.24  13:19

Messidən MLS rekordu

04.05.24  17:51

"Arsenal"dan qələbə