"Neftçi"nin məşqçilər korpusu rəsmən istefaya göndərildi

"Neftçi"nin məşqçilər korpusu rəsmən istefaya göndərildi
XƏBƏR 24 Oktyabr 2013 / 17:16 4081
-  A +

“Neftçi”nin məşqçilər korpusu - Tərlan Əhmədov, Bəxtiyar Musayev və Kamal Quliyev bu gün istefa ərizələrini klub prezidenti Sadıq Sadıqova təqdim ediblər.

Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, rəhbərlik tərəfindən hər üç məşqçinin istefa ərizələri qəbul edilib.

Qeyd edək ki, "Neftçi"nin prezidenti Sadıq Sadıqov "Xəzər Lənkəran"la superkubok oyunundan sonra (1:2) məşqçilər korpusunu istefaya göndərəcəyini açıqlamışdı.

Son xəbərlər
05.05.24  13:19

Messidən MLS rekordu

04.05.24  17:51

"Arsenal"dan qələbə