"Yuventus"dan sonra "Real"da oynamaq pis olmaz"

"Yuventus"dan sonra "Real"da oynamaq pis olmaz"
XƏBƏR 24 Oktyabr 2013 / 16:42 2818
-  A +

"Yuventus" klubunun futbolçusu Artur Vidal yaxın gələcəkdə Madrid "Real"ında oynamaq istədiyini bildirib.

Qol.Az-ın məlumatına görə, 26 yaşlı futbolçu "Yuventus"dan sonrakı komandasının məhz "Real"ın ola biləcəyini deyib:

"Real" ulduz futbolçulardan təşkil olunmuş yüksək səviyyəli komandadır. Bu komandada oynamaq heç də pis olmaz. Ancaq hələ ki, "Yuventus"un futbolçuyam. Gələcəkdə isə "Yuventus"dan sonra məhz "Real"da oynamaq istərdim".

Qeyd edək ki, 2011-ci ildən "Yuventus"da çıxış edən Vidalın komandası ilə 4 illik müqaviləsi var.


Son xəbərlər
05.05.24  13:19

Messidən MLS rekordu