İbrahimoviç PSJ-nin tarixinə düşdü

İbrahimoviç PSJ-nin tarixinə düşdü
XƏBƏR 24 Oktyabr 2013 / 15:51 2534
-  A +

PSJ-nin futbolçusu Zlatan İbrahimoviç yeni rekorda imza atıb.

Qol.Az-ın məlumatına görə, isveçli hücumçu dünən Çempionlar Liqasında PSJ-nin "Anderlext"i məğlub etdiyi matçda (5:0) komandasının qollarından 4-nü vurub.
 
Bununla da, futbolçu PSJ forması ilə ÇL-də vurduğu qollarının sayını 9-a yüksəldib. Bu isə onu klub tarixində Çempionlar Liqasında ən çox fərqlənən oyunçu edib.

Qeyd edək ki, PSJ hazırda turnir cədvəlində 9 xalla birinci pillədədir.


Son xəbərlər
05.05.24  13:19

Messidən MLS rekordu