Raykard: "Messinin rəqibi yoxdur"

Raykard: "Messinin rəqibi yoxdur"
XƏBƏR 24 Oktyabr 2013 / 15:04 2448
-  A +

"Barselona" klubunun sabiq baş məşqçisi Frank Raykart keçmiş futbolçusu Lionel Messi haqda xoş sözlər deyib.

Qol.Az-ın məlumatına görə, 51 yaşlı mütəxəssis Messini tayı-bərabəri olmayan futbolçu adlandırıb:

"Messinin istedadına daha öncədən bələd idik. "Barselona"da çalışdığım dönəmdə Deko və Ronaldinyonun Messinin çox istedadlı futbolçu olması ilə bağlı dediklərini xatırlayıram. Onun tək istədiyi meydana çıxmaq və futbol oynamaq idi. Leo hər zaman komandasının qələbəsini düşünən biridir. Bu səbəbdən düşünürəm ki, onun rəqibi yoxdur".

Qeyd edək ki, Raykard 2003-2008-ci illərdə "Barselona"nı çalışdırıb.


Son xəbərlər
05.05.24  13:19

Messidən MLS rekordu

04.05.24  17:51

"Arsenal"dan qələbə