Runi və Moyes bir-birini təriflədi

Runi və Moyes bir-birini təriflədi
XƏBƏR 24 Oktyabr 2013 / 15:00 1684
-  A +

"Mançester Yunayted"in futbolçusu Ueyn Runi baş məşqçisi David Moyes haqda müsbət fikirlər səsləndirib.

Qol.Az-ın Britaniya mətbuatına istinadən verdiyi məlumata görə, şotlandiyalı mütəxəssislə çalışmaqdan böyük zövq aldığını deyən ingilis hücumçu onu çox bəyəndiyini bildirib: "Moyesin sayəsində sanki yenidən dünyaya gəldim. O, güclü məşqçidir".

Moyes isə bu gün 28 yaşını qeyd edəcək Runini artıq fərqli bir futbolçu olduğunu deyib: "O, son zamanlarda uğurlu çıxışı ilə yadda qalır. Çoxları düşünür ki, Runi əvvəlki formasına qayıdıb. Amma məncə, indi o, daha fərqlidir”.

Qeyd edək ki, yay transferi pəncəsərində futbolçunun başqa kluba transferi gözlənilsə də, o, "MY"da qalmağı seçmişdi.


Son xəbərlər
05.05.24  13:19

Messidən MLS rekordu

04.05.24  17:51

"Arsenal"dan qələbə