Mançininin iki illik fasilədən sonra ilk qələbəsi

Mançininin iki illik fasilədən sonra ilk qələbəsi
XƏBƏR 24 Oktyabr 2013 / 13:50 1751
-  A +

"Qalatasaray"ın baş məşqçisi Roberto Mançini Çempionlar Liqasında iki illik fasilədən sonra ilk qələbəsini qazanıb.

Qol.Az-ın məlumatına görə, ötən mövsüm italiyalı mütəxəssis "Mançester Siti" ilə ÇL-də üç heç-heçə, üç məğlubiyyət əldə etmişdi. İstanbul klubu ilə ilk matçında isə  "Yuventus"la 2:2 hesabı ilə bərabərə qalmışdı.

Mançini dünən "Kopenhagen"lə matçda "Cim-bom"un qələbə (1:3) qazanması ilə 7 oyundan sonra qalibiyyət əldə edib.

Qeyd edək ki, baş məşqçi sonuncu dəfə ÇL-də  2011-ci ildə "Bavariya" ilə matçda 2:0 hesablı qələbə qazana bilmişdi.


Son xəbərlər
05.05.24  13:19

Messidən MLS rekordu