"Qalatasaray"ın futbolçuları mükafatlandırılır

"Qalatasaray"ın futbolçuları mükafatlandırılır
XƏBƏR 24 Oktyabr 2013 / 12:13 2693
-  A +

Çempionlar Liqasının qrup mərhələsində "Kopenhagen"i məğlub (3:1) edən "Qalatasaray"ın futbolçuları klub rəhbərliyi tərəfindən mükafatlandırılacaq.

Qol.Az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, əslində İstanbul klubu oyunçularına ÇL-də öz meydanlarında qələbə qazandığı təqdirdə 200 min dollar verir.

Ancaq rəhbərlik bu qarşılaşmada komandanın uğurlu çıxışı səbəbindən futbolçulara ümumən 1 milyon avro mükafat ayırıb.

Qeyd edək ki, bu qələbə ilə xalını 4-ə yüksəldən "Cim Bom" turnir cədvəlində ikinci pillədə qərarlaşıb.


Son xəbərlər
05.05.24  13:19

Messidən MLS rekordu