"Real" Falkaonun transferindən imtina etdi

"Real" Falkaonun transferindən imtina etdi
XƏBƏR 24 Oktyabr 2013 / 11:58 2232
-  A +

"Real" (Madrid) klubu "Monako"nun hücumçusu Radamel Falkaonu transfer etmək planından imtina edib.

Qol.Az-ın məlumatına görə, buna kolumbiyalı futbolçunun "Real"dan yüksək maaş tələb etməsi səbəb olub.

Belə ki, Falkao "Real"da oynayacağı təqdirdə ilinə 14 milyon avro qazanacaqdı. Lakin Madrid təmsilçisi Falkaoya bu məbləği ödəməkdən imtina edib.

Qeyd edək ki, Falkao ötən mövsüm 60 milyon avro müqabilində "Atletiko" (Madrid) klubundan "Monako"ya transfer olunmuşdu.


Son xəbərlər
05.05.24  13:19

Messidən MLS rekordu

04.05.24  17:51

"Arsenal"dan qələbə