Ançelotti: "Yuventus" "Qalatasaray"dan güclüdür"

Ançelotti: "Yuventus" "Qalatasaray"dan güclüdür"
XƏBƏR 24 Oktyabr 2013 / 11:02 2505
-  A +

"Yuventus" çox yaxşı təsir bağışladı. Yalnız müdafiə olmayıb, hücumda oynadı. Bizim artıq qrupdan çıxmağımız rahat görünə bilər. Amma bizim üçün sadəcə bu, önəmli deyil. "Real"ın fəlsəfəsi qalan 3 matçı da qazanmaqdır".

Qol.Az-ın İspaniya mətbuatına istinadən verdiyi məlumata görə, bu sözləri "Real"ın (Madrid) baş məşqçisi Karlo Ançelotti Çempionlar Liqasının qrup mərhələsində "Yuventus"la oyundan (2:1) sonra deyib.

İtaliyalı mütəxəssis "Yuventus"un yoxsa "Qalatasaray"ın qrupdan çıxacağı ilə bağlı sualı isə belə cavablandırıb: "Qalatasaray"la "Yuventus" arasında xal fərqi çox deyil. Şübhəsiz ki, İtaliya klubu "Qalatasaray"dan daha güclüdür".


Son xəbərlər
05.05.24  13:19

Messidən MLS rekordu