Hummels: "Borussiya"dan ayrılmaq fikrim yoxdur"

Hummels: "Borussiya"dan ayrılmaq fikrim yoxdur"
XƏBƏR 23 Oktyabr 2013 / 18:55 1543
-  A +

"Borussiya" (Dortmund) klubunun futbolçusu Mats Hummels "Barselona"ya transfer olunacağı ilə bağlı yayılan iddialara münasibət bildirib.

Qol.Az-ın Almaniya mətbuatına istinadən verdiyi məlumata görə, o, bu cür xəbərlərin həqiqəti əks etdirmədiyini deyib:

"Yazılanların hamısı yalandır. Bunlar sadəcə şaiyədən ibarətdir. "Borussiya"dan ayrılmaq fikrim yoxdur".

Qeyd edək ki, İspaniya mətbuatı alman oyunçu üçün Kataloniya klubunun Dortmund təmsilçsi ilə 30 milyon avroya razılığa gəldiyini yazmışdı.


Son xəbərlər
05.05.24  13:19

Messidən MLS rekordu