"Neftçi"nin futbolçusu xəstəxanalıq oldu

XƏBƏR 23 Oktyabr 2013 / 16:44 3146
-  A +

Hazırda Naxçıvanda keçirilən Azərbaycan superkubokunun “Xəzər Lənkəran” - “Neftçi” oyununda paytaxt təmsilçisinin müdafiəçisi Karlos Kardozo zədələnərək sıradan çıxıb.

Qol.Az-ın məlumatına görə, bərabərlik qolunun müəllifi olan braziliyalı futbolçu "Xəzər Lənkəran"ın hücumçusu Mbila Etame ilə toqquşub.

Başından zədə alan Kardozo oyunu davam etdirə bilməyib. Belədə futbolçunu müayinə üçün yaxınlıqdakı xəstəxanaya aparıblar.

Qeyd edək ki, bu dəqiqəyə qədər "Xəzər Lənkəran" - "Neftçi" oyununda hesab 1:1 olaraq qalır.


Son xəbərlər
05.05.24  13:19

Messidən MLS rekordu

04.05.24  17:51

"Arsenal"dan qələbə