Mançini: "Çempionlar Liqasında asan rəqib yoxdur"

Mançini: "Çempionlar Liqasında asan rəqib yoxdur"
XƏBƏR 23 Oktyabr 2013 / 13:56 1556
-  A +

"Rəqibi zəif hesab etməmək lazımdır. Çünki "Kopenhagen" müdafiədə və əks-hücumlarda yetəri qədər yaxşı təsir bağışlayan komandadır. Çempionlar Liqasında asan rəqib yoxdur. Bizim matça hansı taktika ilə başlayacağımız yox, oyun ərzində özümüzə necə göstərəcəyimiz önəmlidir".

Qol.Az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bu sözləri "Qalatasaray"ın baş məşqçisi Roberto Mançini ÇL-in qrup mərhələsində bu axşam qarşılaşacaqları "Kopenhagen"lə oyunöncəsi keçirilən mətbuat konfransında deyib.

Qrupdakı şanslarını da dəyərləndirən italiyalı mütəxəssis bildirib ki, onlar üçün ən önəmli matç "Yuventus"la Türkiyədə oynayacaqları cavab qarşılaşması olacaq: "Bu oyunla çox güman ki, kimin qrupdan çıxacağı məlum olacaq. Amma biz hazırda "Kopenhagen"lə oynayacağımız matçı düşünürük".


Son xəbərlər
05.05.24  13:19

Messidən MLS rekordu

04.05.24  17:51

"Arsenal"dan qələbə