Hyundai Gangnam stilini parıldatdı

Hyundai Gangnam stilini parıldatdı
XƏBƏR 23 Oktyabr 2013 / 12:15 1796
-  A +

Hyundai Seulun məşhur Qanqnam məhəlləsində “Brilyant kub” adlanan müasir incəsənət nümunəsi yerləşdirib. Cənubi Koreyanın ən böyük avtomobil istehsalçısının ölkə paytaxtının mərkəzində yerləşdirdiyi bu əsərin şəhərin görməli abidələrindən birinə çevriləcəyi gözlənilir.

Hyundai-ın beynəlxalq miqyaslı “Parlaq yaşa!” kampaniyasından ilhamlanan yeni əsər 6m x 6m x 5m ölçülü şüşə konstruksiyadan ibarətdir. Kinetik art nümunəsi sayılan şüşənin içərisində 576 LED örtüklü dirək yuxarı-aşağı hərəkətlə 3D effektli şəkillər nümayiş etdirir.

Daxildəki LED “qutu” 4m x 4m x 3m ölçüdədir. Onu təşkil edən 24-rəngli LED sütunlar şaquli hərəkət etməklə forma yaradır. Brend innovativ dəyərini çatdıran layihəsini müxtəlif konsert, sərgi və tamaşalarla davam etdirəcək.











Daha çox


Son xəbərlər