Roy Kin: "Fergüsson hörmətin nə olduğunu bilmir"

Roy Kin: "Fergüsson hörmətin nə olduğunu bilmir"
XƏBƏR 23 Oktyabr 2013 / 11:33 2055
-  A +

"Mançester Yunayted" sabiq kapitanı Roy Kin keçmiş baş məşqçisi Ser Aleks Fergüssonun onu tənqid etməsinə münasibət bildirib.

Qol.Az-ın məlumatına görə, irlandiyalı sabiq futbolçu Fergüssonun hörmətin nə olduğunu bilmədiyini deyib:

"Fergüssonla hörmət haqda danışmışdım. Ancaq düşünürəm ki, o hörmətin nə olduğunu bilmir. Belə olmasaydı, öz sabiq futbolçusunu tənqid etməzdi.

Bilmirəm "Ser" indiyə kimi neçə kitab yazıb, ancaq hələlik onların üzərindən xətt çəkməlidir. Fergüssonun tənqid etdiyi futbolçuların hamısı döyüşkən oyunçular olub. Məhz onlar Fergüssona titullar qazanmağa kömək ediblər. Maraqlıdır, əgər o bu titulları qazanmasaydı, nə deyərdi? Çox təəssüf ki, bu, müasir həyatın bir hissəsidir. İnsanlar sabiq futbolçuların tənqidi haqda yazılan kitabları çox xoşlayırlar".

Daha çox


Son xəbərlər