Venger: "Levandovski qovula bilərdi"

Venger: "Levandovski qovula bilərdi"
XƏBƏR 23 Oktyabr 2013 / 11:00 2042
-  A +

"Qol vurduqdan sonra müdafiəyə çəkildik və buraxdığımız iki qolda çox rahat davrandıq. Qapıçımızın edə biləcəyi bir şey yox idi. Sadəcə özümüzdə səhv tapa bilərik".

Qol.Az-ın Britaniya mətbuatına istinadən verdiyi məlumata görə, bu sözləri "Arsenal"ın baş məşqçisi Arsen Venger Çempionlar Liqasının qrup mərhələsində "Borussiya" (Dortmund) ilə oyundan (1:2) sonra deyib.

"Matçı qazana bilmirsinizsə, məğlub olmayacaqsınız. İkinici hissədə üstün tərəf olsaq da, rəqibə ikinci qolu vurmağa şərait yaradaraq işimizi çətinə saldıq" - deyə Venger bildirib.

Təcrübəli mütəxəssis Robert Levandovskinin futbolçusu Koselniyə endirdiyi dirsək zərbəsindən sonra qırmızı vərəqə ilə cəzalandırılmalı olduğunu deyib: "Levandosvki oyundan qovula bilərdi. Sözün düzü, həmin epizodu çox açıq görmədim. Hakim ora daha yaxın idi. Amma həmin epizoda yenidən baxacam".

Daha çox


Son xəbərlər