Klopp: "Vengerin ad günü idi, amma..."

Klopp: "Vengerin ad günü idi, amma..."
XƏBƏR 23 Oktyabr 2013 / 10:23 2157
-  A +

"Çox yaxşı formada olan "Arsenal"a qarşı səfərdə oynadıq. İstədiyim kimi oyun nümayiş etdirə bildik. Rəqibi zərərsizləşdirməyi bacardıq".


Qol.Az-ın Almaniya mətbuatın istinadən verdiyi məlumata görə, bu sözləri "Borussiya"nın (Dortmund) baş məşqçisi Yurgen Klopp Çempionlar Liqasının qrup mərhələsində "Arsenal"la oyundan (2:1) sonra deyib.

O, Arsen Vengerin tribunaya çıxaraq onu ziyarət etməsi haqda da danışıb: "Bu hərəkətini çox bəyəndim. Onunla danışmaq əla idi. Fərqli bir xaraktere sahib güclü bir baş məşqçidir. Bu gün ad günü idi, amma təbrik etməyi unutdum. Vengerlə danışarkən həyəcanlanmamaq mümkün deyil".

Daha çox


Son xəbərlər