"Fənərbaxça" prezidentliyinə daha bir namizəd

"Fənərbaxça" prezidentliyinə daha bir namizəd
XƏBƏR 22 Oktyabr 2013 / 16:10 1809
-  A +

"Fənərbaxça"nın prezidenti Əziz Yıldırıma daha bir rəqib çıxıb.

Qol.Az-ın sporx.com-a istinadən verdiyi məlumata görə, Türkiyə Futbol Federasiyasının keçmiş prezidenti Mehmet Ali Aydınlar İstanbul klubunda prezidentliyə namizəd olduğunu açıqlayıb.

Xatırladaq ki, bundan əvvəl klubun konqresinin üzvü Farık İlqaz da namizədliyini irəli sürmüşdü.

Qeyd edək ki, "Fənərbaxça"da yeni prezindentin kimliyi noyabrın 2-də məlum olacaq.


Son xəbərlər