"Rəvan" hazırlıqlarını davam etdirir

"Rəvan" hazırlıqlarını davam etdirir
XƏBƏR 22 Oktyabr 2013 / 15:52 1187
-  A +

Topaz Premyer Liqasının XI turunda "Bakı" ilə qarşılaşacaq "Rəvan” hazırlıqlarını davam etdirir.

Qol.Az-ın klubun saytına istinadən verdiyi məlumata görə,  "Bayıl Arena”da çalışmalarını sürdürən komanda gündə 1 dəfə olmaqla məşq edir. Baş məşqçi Şahin Diniyevin rəhbərliyi altında futbolçular səylə çalışır. Məşqlər əsasən taktiki-texniki yöndə olur. Eyni zamanda baş məşqçi yetirmələrinin fiziki-funksional hazırlığını yüksəltməyə də ciddi fikir verir.

Qeyd edək ki, "Rəvan" - "Bakı" qarşılaşması oktyabrın 25-i saat 18:00-da baş tutacaq.

Daha çox


Son xəbərlər