"Barselona" "Arsenal"ın futbolçusunu istəyir

"Barselona" "Arsenal"ın futbolçusunu istəyir
XƏBƏR 22 Oktyabr 2013 / 15:42 2784
-  A +

Son oyunlarda inamlı çıxışı ilə diqqət çəkən "Arsenal"ın gənc futbolçusu Cək Uilşır "Barselona"nın transfer hədəfinə düşüb.

Qol.Az-ın məlumatına görə, Kataloniya klubu 21 yaşlı futbolçunun xidmətində maraqlıdır.

"Barselona" rəhbərliyi Xavi Hernandezə alternatif kimi məhz Uilşırı transfer etməyi planlaşdırır. Lakin "Arsenal" klubu da gənc futbolçunu buraxmaq niyyətində deyil. Mövsümün sonunda London təmsilçisi Uilşırla müqavilə yeniləmək niyyətindədir.

Qeyd edək ki, "Arsenal"ın yetirməsi olan Uilşır bütün turnirlər nəzərə alınmaqla bu komandanın heyətində 103 oyun keçirib.


Son xəbərlər