"Borussiya" (Dortmund) klubunun futbolçusu Nuri Şahin karyerası ərzində üç dəfə "Arsenal"a transfer olunmağa yaxın imiş.
Qol.Az-ın məlumatına görə, bu barədə yarımmüdafiəçinin özü Çempionlar Liqasında "Arsenal"la oyunöncəsi fikirlərini UEFA-nın saytına bildirərkən deyib:
"Karyeramda üç dəfə London klubunun formasını geymək üzrəydim. Ancaq heç biri reallaşmadı. İlk dəfə 16 yaşımda ikən danışıqlarımız oldu. Son olaraq 2012-ci ildə məni transfer etmək istəyirdilər. Ancaq mən "Liverpul"u seçmişdim".
Rəqib haqda da danışan N.Şahin bunları deyib: "Arsenal" səviyyəli klubdur, amma biz onlardan qorxmuruq. Öz oyunumuzu meydanda göstərəcəyimiz təqdirdə uğur əldə edəcəyik".
Qeyd edək ki, "Arsenal" - "Borussiya" oyunu bu axşam, Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.
Benzema qərarını verdi
“Yuventus”dan geridönüş
Azərbaycan millisinin üzvü: "Hədəfimiz böyükdür"
Hidayət belə dünya çempionu oldu - Video
"Liverpul"un yeni baş məşqçisi rəsmiləşdi
Hidayət Heydərov dünya çempionu oldu - Yenilənib
Əvəzedicilər Liqasında çempion oldular
Qusar" - "Lerik" oyununda 6 qol - Video
Azərbaycan liqalarında pley-off oyunlarının vaxtı bilindi
Bundesliqada mövsümün ən yaxşısı müəyyənləşdi
Ederson Amerika kubokunu buraxacaq
Bekhem Messini transfer etməklərinin səbəbini açıqladı
Xorvatiya millisinin Avro-2024 üçün heyəti açıqlandı
Azərbaycan gimnastları qızıl və gümüş medal qazandılar
"Sabah"ın daha bir komandası çempion oldu
"Neftçi" üçün əlamətdar oyun