"Qarabağ"da ciddi itki

"Qarabağ"da ciddi itki
XƏBƏR 22 Oktyabr 2013 / 13:23 2527
-  A +

"Qarabağ"ın yarımmüdafiəçisi Qara Qarayev uzun müddətə sıradan çıxıb.

Qol.Az-ın klubun saytına istinadən verdiyi məlumata görə, "Sumqayıt"la son turda baş tutan görüşdə zədələnərək oyunu yarımçıq tərk edən 21 yaşlı futbolçunun sağ dizində iç yan bağlarında ikinci dərəcəli dartılma qeydə alınıb.

Bu tipli zədənin bərpa prosesi adətən 3-4 həftə davam etdiyini nəzərə alsaq, Qaranın təxminən 1 ay yaşıl meydanlardan uzaq qalacağını ehtimal etmək olar.


Son xəbərlər
topaz banner