Xabi Alonso qayıdır

Xabi Alonso qayıdır
XƏBƏR 22 Oktyabr 2013 / 13:18 2047
-  A +

Uzun müddətdir ki, zədə səbəbindən forma geyinə bilməyən Madrid "Real"ının futbolçusu Xabi Alonso komandanın məşqlərinə qoşulub.

Qol.Az-ın İspaniya mətbuatına istinadən verdiyi məlumata görə, ötən mövsümün sonunda əməliyyat olan yarımmüdafiəçi klubun "Yuventus"la oyunöncəsi son hazırlığında iştirak edib.

Alonso İtaliya klubu ilə qarşılaşmada forma geyinə bilməsə də, futbolçunun La Liqanın "Barselona" matçında iştirak edəcəyi gözlənilir.

Qeyd edək ki, "Barselona" - "Real" oyunu oktyabrın 26-da, Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.


Son xəbərlər
topaz banner