"Qəbələ"nin idmançılarından növbəti qızıl

"Qəbələ"nin idmançılarından növbəti qızıl
XƏBƏR 22 Oktyabr 2013 / 12:01 1489
-  A +

Azərbaycanı və "Qəbələ" İdman Klubunu beynəlxalq yarışlarda uğurla təmsil edən karateçi Rafael Ağayev medal kolleksiyasına daha bir qızıl əlavə edib.

Qol.Az-ın klubun saytına istinadən verdiyi məlumata görə, Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən döyüş növləri üzrə dünya çempionatında rəqiblərinə heç bir şans verməyən Rafael nəticədə fəxri kürsünün birinci pilləsində qərarlaşıb. Karateçi ilkin mərhələdə Misir, Hollandiya və ABŞ-dan olan döyüşçüləri məğlub edib. Yarımfinalda Ağayev Almaniya təmsilçisini üstələyib - 4:0. Finalda Rafael 75 kq çəki dərəcəsində ən iddialı rəqiblərindən olan italiyalı Luici Busu tatamiyə çıxmağına peşman edib - 7:1. Beləliklə, Rafael Ağayev döyüş növləri üzrə ilk dünya çempionatının qalibi adını qazanıb.

Xatırladaq ki, yarışda Azərbaycanı təmsil edən digər karateçimiz Şahin Atamov da qızıl medala sahib olub.


Qarabağ FK
Son xəbərlər
topaz banner