Daha bir yığmanın baş məşqçisi istefa verdi

Daha bir yığmanın baş məşqçisi istefa verdi
XƏBƏR 22 Oktyabr 2013 / 00:09 2076
-  A +

Ermənistan milli komandasının baş məşqçisi Vardan Minasyan istefa verib.

39 yaşlı mütəxəssis bu barədə Ermənistan Futbol Federasiyasının prezidenti Ruben Ayrapetyanla görüşdən sonra açıqlama verib.
 
Minasyan deyib: “Ayrapetyan mənə 2016-cı il Avropa çempionatının seçmə qrup mərhələsində də yığmada işləməyi təklif etdi. Lakin mən imtina etdim. Ona göstərdiyi etimada görə minnətdarlığımı bildirdim. Karyeramda dəyişiklik etmək istəyirəm. Deyə bilərəm ki, xaricdən bir neçə təklif almışam”.
 
Qeyd edək ki, Vardan Minasyan 2010-cu ildən rəhbərlik etdiyi Ermənistan millisində ən yaxşı nəticələr göstərən baş məşqçi olub. Bu komanda 2012-ci il Avropa və 2014-cü il dünya çempionatlarının seçmə qrup mərhələsindən “pley-off”a vəsiqənin bir addımlığında dayanıb (Lent.az).

Son xəbərlər
01.05.24  13:09

Qvardiola peşmandır