Skolari: "Braziliya millisini yalnız çempionluq qane edəcək"

Skolari: "Braziliya millisini yalnız çempionluq qane edəcək"
XƏBƏR 22 Oktyabr 2013 / 00:01 1496
-  A +

Braziliya millisinin baş məşqçisi Luis Felipe Skolari komandasının gələn il keçiriləcək dünya çempionatındakı şanslarını dəyərləndirib.

Qol.Az-ın məlumatına görə, təcrübəli mütəxəssis mundialda komandasını yalnız çempionluğun qane edəcəyini bildirib:

"Bilmirəm, Braziliya dünya çempionatının favoritidir, ya yox, ancaq biz yalnız qələbəyə oynayacağıq. Rəqiblərimiz? Roy Hodson İngiltərə millisində yaxşı işlər görür. Hollandiyanın çoxlu texnikalı futbolçuları var. Kolumbiya yığması son 40-50 ilin ən yaxşı komandasıdır. Bizim başqa yolumuz yoxdur. Futbolçulardan soruşsanız, heç birisi ikinci yerlə razılaşmayacaq. Yəni, bizi yalnız çempionluq qane edəcək".


Son xəbərlər
01.05.24  13:09

Qvardiola peşmandır