Buffon: "Kasilyas yaxşı qapıçıdır, ancaq..."

Buffon: "Kasilyas yaxşı qapıçıdır, ancaq..."
XƏBƏR 21 Oktyabr 2013 / 16:27 2876
-  A +

"Yuventus"un qapıçısı Canluici Buffon "Real"dakı həmkarı İker Kasilyas
haqda müsbət fikirlər səsləndirib.

Qol.Az-ın məlumatına görə, Buffon "AS" qəzetinə açıqlamasında ispan qolkiperin oyununu çox bəyəndiyini deyib:

"Məncə, dünyanın ən yaxşı qapıçılarından biri Kasilyasdır. Onun ehtiyatda qalmasını qəbul etməsi çox çətindir. Ötən mövsüm onun forma geyinməməsinin səbəbinin yalnız taktika olduğunu düşünmürəm, başqa şeylər də var idi. Amma Lopezin inamlı çıxısına da göz yummaq olmaz".

Qeyd edək ki, Kasilyas son verdiyi açıqlamasında üç ay ərzində forma geyinməyəcəyi təqdirdə klubdan ayrılacağını bildirmişdi.

 


Son xəbərlər
01.05.24  13:09

Qvardiola peşmandır